18 İyun 2017 04:04
1 561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Kosmik Agentliyi və Lindon Conson adına Kosmik Mərkəzin mütəxəssisləri gələcəkdə Marsa göndərilməsi planlaşdırılan "Valkiriya" (Valkyrie) robot-qumanoidinin imkanlarını nümayiş etdiriblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yeni robotun sınaq videosu maşının idarəetmə alqoritmini yaratmış "IHMC Robotics" institutunun "YouTube" kanalına yerləşdirilib.

"Valkiriya" baş, çiyin, qarın və ayaqlarına yerləşdirilmiş təqribən 200 ötürücü ilə təchiz olunub. Onlardan alınan məlumatlar, robota, növbəti addım üçün daha münasib yer seçməkdən ötrü qiymətləndirmə aparmaq imkanı verir.

"Valkiriya", gözlənildiyi kimi, Qırmızı planetin mənimsənilməsində Marsın ilk müstəmləkəçilərinə kömək edəcək.


Müəllif: Teleqraf.com