20 İyun 2017 13:48
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünəndən bir çox yerli məşhurlar “Əsgərə məktub” adı altında keçirilən kampaniyaya qoşulub, öz kiçik video-görüntülərini paylaşıb, orduda xidmət keçən əsgərlərə ürək sözlərini çatdırırlar.

Teleqraf.com-un məlumatına görə, xalq artisti Faiq Ağayev də həmin kampaniyaya qatılıb. O, “Allah Azərbaycan əsgərini qorusun!” başlığı altında video-mesajını paylaşıb:

“Şücaətlə döyüşən Azərbaycan əsgərləri və zabitləri. Bütün Azərbaycan hər an, hər dəqiqə, hər saniyə sizin yanınızdadır! Bizim üçün sakit yaşantını, torpaqlarımızın qayıtmasını təmin edən sizsiniz. Allah sizə yar olsun!..”


Müəllif: Könül Əlibəyli