20 İyun 2017 18:31
2 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə ölümlər var, insanlarda təəccüb və maraq oyadır. Bu ölümlər ya təsadüf nəticəsində baş verir, ya da ehtiyatsızlıq ucbatından.

Teleqraf.com saytı dünyanın ən qəribə ölümlərindən bir neçəsini təqdim edir.

1995-ci ildə Amerikada Kola aparatından pulsuz içki almaq istəyən adam nasaz aparatdan çıxan butulkanın başına dəyməsi ilə dünyasını dəyişib.

Astrologiya elmində cığır açan Teço Breht adlı danimarkalı alim ayaqyoluna getmədiyi üçün dünyasını dəyişib.

16-cı yüzillikdə yeməyi yeyib qurtarmadan süfrədən qalxmaq mədəniyyətsizlik sayılardı. Teço Breht dəvət olunduğu məclisə getməmişdən öncə tualetə baş çəkməyi unutmuşdu. Məclisdə həddindən çox içki içən alim ayaqyoluna getmək üçün izn almağa isə utanmışdı.

Sidik kisəsi partlayan alim 11 gün ağrılardan əzab çəkərək dünyasını dəyişmişdi.

Argentinanda arvadını öldürmək istəyən kişi onu 23-cü mərtəbədən aşağıya atır, amma qadın aşağı düşəndə elektrik xəttinə ilişib qalır. Arvadının ölün-ölmədiyini bilmək istəyən kişi özünü aşağı atır, elektrik xəttindən tuta bilmədiyinə görə yerə çırpılaraq dünyasını dəyişir.

İtaliyanın Pisa kəndində yaşayan Rimollo Ribaldo adlı bir kişi işsiz qaldığı üçün intihara qərar verir. 42 yaşlı Ribaldoya həyat yoldaşı intihar etməmək üçün yalvarır və fikrindən daşındıra bilir.

İntihardan imtina edən Ribaldo ağlamağa başlayır və əlindəki silahı yerə tullayır Bədbəxt təsadüf nəticəsində yerə düşən silahdan atəş açılır, güllə Ribaldonun həyat yoldaşına dəyir və o, dünyasını dəyişir.

Avstriyalı Hans Steininger dünyanın ən uzun saqqallı insanı kimi məşhurlaşmışdı. Onu məşhurlaşdıran saqqal eyni zamanda da ölümünə səbəb olmuşdu.

1567-ci ildə Hansın yaşadığı qəsəbədə böyük bir yanğın baş verdi. Hans saqqalını yığmağı unutduğu üçün tüklərin alışacağından ehtiyatlanır. Tələsdiyi üçün yerə yıxılıb burnunu qırır, sonra da dünyasını dəyişir.


Müəllif: Akif