21 İyun 2017 09:19
2 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marsda çəkilən fotolardan birində aşkarlanan krater bir çox alimlərin heyrətinə səbəb olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, "daş dairə" adı verilmiş kraterlə bağlı bir çox fərziyyələr irəli sürülüb.

Ufoloq Tayler Qloknerin fikrincə, bu kraterlər təbii yolla yaranmayıb. O hesab edir ki, bu, əl işinə oxşayır və təbii kraterlərdən çox fərqlənir.

NASA-nın əməkdaşı Leyla Çester də ufoloqun fikirlərini təsdiq edib. Onun sözlərinə görə, bu cür kraterlər nəinki Marsda, hətta Ayda da var: "NASA bu cür kraterlərə Ayda da rast gəlib. Ancaq onlar hansı səbəbdən və necə yaranması məlum deyil".

Sosial şəbəkədə də maraqlı müzakirələrə səbəb olan görüntüləri təqdim edirik:


Müəllif: Samir