22 İyun 2017 08:29
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Karabük Universitetinin 4 tələbəsi hərəkət qabiliyyəti olmayan əlillərin işinə yarayan yeni təkərli araba düzəldib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, tələbələr qol və ayaqlarını tərpədə bilməyən əlillər üçün göz bəbəklərinin nəzarəti ilə irəli-geri, sağa-sola hərəkət etdirilən, günəş enerjisi ilə işləyən araba diyazn ediblər.

Layihəni həyata keçirən tələbələr cihazı daha da inkişaf etdirməyi düşünürlər. Nəticədə araba gözündən başqa bir yerini hərəkət etdirə bilməyən xəstələr üçün də yararlı ola bilər.


Müəllif: Şəfiqə