23 İyun 2017 08:29
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Acun Ilıcalının təqdimatında TV 8 kanalında gedən “Survivor” verilişində bəzi efirə getməyən kadrlar yayımlanıb. Bu kadrlarda ən çox baxılan hissə Acunun qızı Melisaya aid kadrlar olub.

Teleqraf.com xəbər verir ki, Melisa Ilıcalının oyun gedən vaxtı fit çalması oyunçuları pis vəziyyətə salıb. Onlar aparıcının fit verdiyini və “Stop” dediyini düşünüb dayanıblar.

Lakin məlum olub ki, balaca qız fitlə oynamaq istəyib. Bu hadisə oyunçuların, digər iştirakçıların, həmçinin izləyicilərin gülüşünə səbəb olub.


Müəllif: Könül Əlibəyli