23 İyun 2017 16:26
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə açıq havada təşkil olunan ən böyük “Glastonbury” festivalı dünən start götürüb.

Teleqraf.com xəbər verir ki, 4 günlük festivala ilk gündən 200 mindən çox adam qoşulub.

Canlı musiqi və rəqs performanslarının yer aldığı festivalda iştirak etmək istəyənlər əşyaları ilə bura demək olar ki, köç ediblər. Havanın hədsiz isti keçməsinə baxmayaraq, gecə saatlarına qədər davam edən bu partinin əslində çox qədim tarixi var.

İlk dəfə 1970-ci illərdə keçirilən bu festival bu gün də insanlar tərəfindən maraqla qarşılanır.


Müəllif: Könül Əlibəyli