23 İyun 2017 16:55
3 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusunun sabiq kapitanı Devid Şindel 50 il bundan qabaq olmuş bir hadisəni danışıb. O, xidmət illərində hərbi-hava bazasında qitələrarası ballistik raketləri idarə edib. Ancaq keçmiş hərbçi şahidi olduğu bir hadisəni indi danışmaq qərarına gəlib.

Teleqraf.com esoreiter.ru saytına istinadən xəbər verir ki, amerikalı hərbçi Uçan Naməlum Obyektin (UNO) hərbi bazaya yaxınlaşıb 10 nüvə başlığını sıradan çıxarmağa çalışdığını bildirib. Həmin nüvə başlıqlarına D.Şindel cavahdeh imiş. Ancaq hərbçiyə bu barədə informasiyanı ictimailəşdirmək qadağan olunub. O bu barədə özünün “Belə bir şey heç vaxt görünməyib” kitabında bəhs edir. Kitab yeni nəşrdən çıxıb. Həmin ifadəni ona xidmət illərində yuxarı rəhbərlikdən deyiblər: “Sən heç nə görməmisən, bu heç vaxt baş veriməyib”.

İnsidentin baş verdiyi 6 dekabr 1966-cı ildə Devid Moholla şəhərindəki raket idarəetmə mərkəzində olub. O deyib: “Həmin vaxt şar formasında olan bir neçə obyekt bizim hərbi bazada yerə endi. Mən onları görən yeganə şahid olduğumun fərqinə vara bilmədim”.

Şindel qeyd edib ki, həmin vaxt gördükləri bir neçə il gözləri önündən getməyib: “Mənə dəqiq aydın idi və şahidiyəm ki, “uçan boşqab”dakılar bizim nüvə başlıqları ilə maraqlanırdı, onları sıradan çıxarmağa çalışırdı. Mən bir neçə Amerika hərbi bazasında oxşar hadisələrin baş verdiyini öyrəndikdə bu barədə araşdırma aparılması və bizim niyə susmağa məcbur edilməyimiz məsələsini qaldırdım. Bizim bir sıra gizli obyektlərə, o cümlədən atom silahı olan yerlərə buraxılışımız var idi. Biz malik olduğumuz sirləri yaymamaqla bağlı bir sıra sənədlər imzalamışdıq. Ancaq bunlar bizə həqiqəti yaymağımıza mane ola bilməz. İndi mən özüm həqiqəti tapmaq qərarına gəlmişəm”.

Hərbçi daha sonra da gördüklərini heç kimlə paylaşmamasına dair xəbərdarlığa məruz qalıb. O, öz həyatının təhlükəsizliyi üçün qorxmadığını bildirib. D.Şindelin fikrincə, Amerika hakimiyyəti pensiyaçı ilə mübarizə aparmaqla gücünü nahaq yerə itirir. O, bu məlumatların gizlədilməsini ağılsızlıq adlandırıb.


Müəllif: Səxavət