24 İyun 2017 08:05
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyalı alimlər uşağın emosional vəziyyətini hiss edən və ona müvafiq reaksiya verən “ağıllı” oyuncaq hazırlayıblar.

Teleqraf.com xəbər verir ki, Kastiliya–La Mança Universitetinin əməkdaşları tərəfindən yaradılmış oyuncaq ilk baxışda adi gəlinciyi xatırlatsa da, əslində bu, süni intellektə yaxınlaşdırılmış alqoritmlər, mürəkkəb proqram təminatı və bir çox sensorlarla təchiz edilmiş yüksək texnologiyalı qurğudur.

Planet-today.ru saytının məlumatına görə, oyuncaq onunla oynayan uşağın emosiyaları haqqında informasiyanı toplayaraq uşaqlara sosial mühitə uyğunlaşma dərəcəsini yüksəltməkdə kömək edir.

Mütəxəssislər bildirirlər ki, yüksək potensiala malik bu kimi layihələrdə bəzi təhlükələr də gizlənir. Belə ki, kibercinayətkarlar oyuncağın topladığı məlumatları ələ keçirsələr, bundan pis niyyətləri üçün istifadə edə bilərlər.


Müəllif: Könül Əlibəyli