24 İyun 2017 08:41
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Corciya ştatının Texnologiya Universitetinin tədqiqatçılar qrupu “Şimon” adlı robot-bəstəkar yaradıb.

Teleqraf.com-un məlumatına görə, “bəstəkar” neyron şəbəkələr və dərin təlim texnologiyaları sayəsində Malayziyanın zərb musiqi aləti olan marimbada ifa etməklə yanaşı, musiqi də bəstələyə bilir.

Bunun üçün robot müxtəlif üslubda olan 2 milyondan çox melodiyanı araşdırmalı, eləcə də Bethovendən Ledi Qaqaya qədər, 5000-dən çox musiqi əsərini “dinləməli” olub.

Beləliklə, “Şimon” ona bəstəkar karyerasına başlamağa imkan verən “musiqi təhsili” alıb.

Robotun yaradıcıları musiqiçi, eyni zamanda sözügedən Universitetin məzunu Meyson Bretan və onun elmi rəhbəri Cil Vaynberqdir.

Müəyyən uğurlarına baxmayaraq, “Şimon” çətin ki, Bethoven və ya Bax kimi bəstəkarlarla rəqabət apara bilsin. Lakin o, şou-biznes üçün musiqi bəstələyənlərin narahatlığına səbəb olub.


Müəllif: Könül Əlibəyli