24 İyun 2017 15:02
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada bir meymunun hərəkəti insanların təəccübünə səbəb olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın Dallas şəhərindəki zooparkda xidmətçilər qorillanı çimdirmək üçün böyük vannaya salıblar.

Bu zaman bir neçə dəqiqə tək qalan qorilla vannanın içərisində su ilə oynamağa, bir növ rəqs etməyə başlayıb.

Qorillanın hamam da etdiyi hərəkətlər sosial şəbəkələrdə baxış sayına görə rekord qırıb.


Müəllif: Cavad