26 İyun 2017 23:24
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni məşhurlaşan “Player Unknown's Battlegrounds” oyunu qazandığı gəlirin miqdarına görə rekord qırmaq üzrədir.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin direktoru Brendan Qrin məlumat verib. O, “Bu layihə 3 ayda 4 milyon nüsxəsinin satılması ilə fəxr edə bilər”- deyə öz tvitter səhifəsində qeyd edib.

Nəzərə alsaq ki, bu oyun hələ ki, ilkin mərhələdədir, göstərici çox yaxşı hesab oluna bilər. “Player Unknown's Battlegrounds” indiyə qədər olan tele-oyunların arasında ən yüksək gəliri ilə diqqət cəlb edir.


Müəllif: Teleqraf.com