Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, işdən çıxarılan qadın kredit borcunu qaytara bilmədiyi üçün bank tərəfindən təzyiqlərə məruz qalıb. O, banka gedərək soyunub. Var-dövlətinin yalnız bədənindən ibarət olduğunu deyən qadın kreditinin bağlanmasını tələb edib.
Bank rəhbərliyi onun istədiyini müəyyən qədər təmin edib. Ondan işləyəcəyi halda kreditini qaytarması xahiş edilib.