28 İyun 2017 16:23
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Əsgişəhər şəhərində nikah mərasimində əvvəlcə hər şey qaydası ilə cərəyan edib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, olduqca maraqlı nikah mərasimində bir-birini sevən cütlük həyatlarını birləşdirib.

Nikah şəhadətnaməsinə imza atılandan sonra sevdiyi qadına qovuşan bəy həyəcandan gəlini öpməyi unudub. Nikah şahidi olan dostunu öpən bəyin təbəssüm yaradan görüntüləri mərasim bitdikdən sonra nəzərə çarpıb.

Xüsusilə, sosial şəbəkələrdən birində paylaşılan və çoxlu insan tərəfindən bəyənilən video xoş xatirə kimi yaddaşlarda qalıb.

Bəy İlkər Güclü bildirib ki, həmin an fərqli vəziyyət yaranıb: "Videonu izlədikdə belə bir şeyin baş verdiyinin gördük. Daha əvvəl həyəcan və sevincdən onu xatırlamamışdım. Öpdüyüm nikah şahidi Abdullah mənim uşaqlıq dostumdur. Yəni, onunla məzələnmək istəyərkən hamı mənimlə məzələnmiş oldu".


Müəllif: İlhamə Əbülfət