2 İyul 2017 18:49
2 721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ufoloqlar iddia edir ki, arxeoloqlar əsil yadplanetlinin mumiyasını tapıblar, lakin bunu çox ciddi şəkildə gizlədirlər.

Teleqraf.com xəbər verir ki, sözügedən mumiya Peruda, Naska yaylası yaxınlığında tapılıb. Elm adamları dərhal mumiyalanmış bədənin humanoid tipinə mənsub olduğunu desə də, onu heç cür insan adlandırmaq mümkün deyil.

Birincisi, mumiyanın başında saç yoxdur, kəllə böyük və uzunsovdur, gözləri həddən artıq böyük, ağzı və burnu isə normal insan başına uyuşmayacaq qədər heyrətamiz kiçikdir.

İkincisi isə, əl və ayaq barmaqları cəmi üç dənə və çox uzundur.

Bu unikal mumiyanın öyrənilməsi üçün elmin müxtəlif sahəsindən olan xeyli alim bir araya gəlib, bütün araşdırmalar ciddi şəkildə sənədləşdirilərək yaddaşa köçürülür, eləcə də videoya alınır və hər ehtimala qarşı materialların surəti köçürülür.

Bundan başqa, mumiyanın öyrənilməsi kino adamlarının da diqqətini çəkdiyinə görə bu dəfə Naskada dəfn edilmiş yadplanetlinin mumiyasının tapılması faktını tam gizli saxlamaq mümkün olmayıb. Onlar əldə ediləcək yeni bilgilərin də ictimaiyyətə açıqlanacağını vəd edirlər.

Daha ətraflı videoda:


Müəllif: Teleqraf.com