13 İyul 23:46
820

Rusiyanın Peterburq Universitetinin professoru Konstantin Korotkov Perunun Nazca səhrasında tapılan mumyaların yadplanetlilərə aid olmadığını iddia edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, professora görə, mumyalar qədim insanlara məxsusdur.

"Uzaylı mumyası" kimi təqdim olunan tapıntılar bütün dünyada maraqla qarşılanıb. Mumyanın 168 sm boyu, ağappaq rəngi, 3 barmağının olması və qulaq, burununun olmaması onun yadplanetliyə məxsusluğu versiyasını gücləndirmişdi.

"Mumyanın geni müxtəli tip insan genilə müqayisə olunmalıdır. Mumya mutasiyaya uğramış Kro-Maqnon insan tipinə də aid ola bilər. Perudakı mumyanın özünün tərkibi hələ bəlli deyil. Mumyanın salamat qalması Nazca səhrasının tam quraqlıq olması ilə bağlıdır. Ora yağış yağmır, rütubətlilik yoxdur. Bu üzdən mumyanı çürüdəcək bakteriyalar da yoxdur. Çox güman ki, mumya bir zamanlar dünyada mövcud olmuş və sonra məhv olmuş insan tipinə məxsusdur", deyə Konstantin Korotkov bildirib.

Rusiyalı ekspertlər Çilidə tapılan mumyaya şübhə ilə yanaşırlar və onun yalnız ciddi şəkildə tədqiq olunmasından sonra konkret fikir sözyləməyi düzgün hesab edirlər.


Müəllif: Ruslan