15 İyul 2017 00:54
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnfakt keçirən 54 yaşlı kişini 18 yaşlı qızı ölümdən xilas edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə İtaliyada baş verib.

Yerli telekanallardan birinə müsahibə verən qız atasına serialda gördüyü hərəkətlərlə yardım etdiyini deyib:

"Hər zaman "Ehtirasın anatomiyası" serialını izləyirəm. Orada obrazlardan birinin infakt keçirmiş şəxsə tibbi yardım göstərdiyini görmüşdüm.

Gördüklərimi atama tətbiq etdim. Atam bir neçə həftə sonra xəstəxanadan evə buraxıldı. Çox xoşbəxtəm".


Müəllif: Şəfiqə