15 İyul 2017 23:27
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dördüncü beynəlxalq “Drone Photography Contest” fotomüsabiqəsinin qaliblərinin adı açıqlanıb.

Dördüncü beynəlxalq “Drone Photography Contest” fotomüsabiqəsinin qaliblərinin adı açıqlanıb.

“Dronestagram” portalı “National Geographic”lə birgə dörd – “Təbiət”, “İnsanlar”, “Şəhər” və “Yaradıcılıq” kateqoriyalarında ən yaxşı 12 şəkili seçib. Sonuncu nominasiya bu il ilk dəfə təqdim edilib.

Teleqraf.com oxu.az-a istinadən aeroçəkiliş sevənlərin maraqlı kadrlarını təqdim edir.

“Təbiət” nominasiyasında birinci yer: “Provans, yay məhsulu”
Foto: Jcourtial / “Dronestagram”

“Mən Valansola qeyri-adi kadr çəkmək ümidi ilə gəlmişdim. Məhsul yığımı gedirdi, ona görə də kombaynı çəkməyə çalışdım. Saatlarla gözəl kompozisiya əldə etmək üçün gözləməli oldum”.

“Təbiət” nominasiyasında ikinci yer: “Transilvaniyaya gedən sonsuz yol”.
Foto: Calin Stan / “Dronestagram”

“Bu yol qraf Drakulanın doğulduğu Siqişoara (Rumıniya) aparan yoldur. Əfsanəyə görə, o, gecə uçuşları zamanı ölkəni məhz bu rakursdan müşahidə edirdi”.

“Təbiət” nominasiyasında üçüncü yer: “Buzların yaranması”
Foto: Florian / “Dronestagram”

“Qrenlandiyada 2017-ci ildə dəniz buzunun yaranması. Artıq indidən iqlim dəyişikliyinin bu prosesə necə təsir edəcəyi görünür”.

“İnsanlar” nominasiyasında birinci yer: “Sətrin sonu”
Foto: Martin Sanchez / “Dronestagram”

“Yeni perspektiv tapmaq istərkən, əvvəli və sonu unudursunuz”. Manaskven, Nyu-Cersi, ABŞ.

“İnsanlar” nominasiyasında ikinci yer: “Su zanbaqları”
Foto: Helios1412 / “Dronestagram”

“Vyetnamın Mekon deltasında qadın su zanbaqları yığır”.

“İnsanlar” nominasiyasında üçüncü yer: “La Vixanera”
Foto: Feelingmovie / “Dronestagram”

“Yeni ilin birinci bazar günü İspaniyanın Silio şəhərində keçirilən La Vixanera maskaradı”.

“Şəhər” nominasiyasında birinci yer: “Beton cəngəlliklər”
Foto: Bachirm / “Dronestagram”

Son onilliklər ərzində Dubay əsl beton cəngəlliyə dönüb, fotonun müəllifi də məhz bunu göstərməyə çalışıb.


“Şəhər” nominasiyasında ikinci yer: “Merkuri qülləsində gün doğuşu”.
Foto: Alexeygo / “Dronestagram”

“Sənaye alpinistlərinin bu rakursdan işlərinin necə göründüyünü sevirəm. Sanki onlar göydələnlərin pəncərələrini deyil, bütün şəhəri silirlər”. Moskva, Rusiya.

“Şəhər” nominasiyasında üçüncü yer. “Dünya”
Foto: Luckydron / “Dronestagram”

Tələbə Luis Saqvar-Dominqo ekzotik məkanlar və qeyri-adi rakursların axtarışındadır. Madrid, İspaniya.

“Yaradıcılıq” nominasiyası: “İki inək”
Foto: Luke Bell / “Dronestagram”

“Səhər su içmək üçün gələn inəklərin suya düşən kölgələri”, Paarl, Cənubi Afrika Respublikası.

“Yaradıcılıq” nominasiyası: “Dənizçi Uqo”
Foto: Rga / “Dronestagram”

“Uşaqlarımın çimərlikdə oynadığını görərkən, kətan kimi, qumun üzərində şəkil çəkmək istəyirəm”. Etabl-sür-Mer, Bretan, Fransa.

Finalçı: “Möhtəşəm Sigiriya”
Foto: Jcourtial / “Dronestagram”
Sigiriya dağı, Şri-Lanka.


Müəllif: Teleqraf.com