16 İyul 13:49

Avstraliyada əlinin baş barmağı öküz tərəfindən qopardılan gəncin ayağının baş barmağını kəsərək əlinə tikiblər.

Teleqraf.com xarici mediaya istinadla bildirir ki, 20 yaşlı Zak Miçel aprel ayında ölkənin qərbindəki fermada işlədiyi zaman yaralanıb. Öküz onun əllərinə zərbə endirib, bu zaman baş barmağını yerindən qoparıb.

Bundan sonra xəstəxanaya aparılan gənc əməliyyat edilib, lakin əməliyyat uğursuz olub.

Daha sonra gənc yenidən əməliyyata götürülüb, 8 saat davam edən əməliyyat zamanı gəncin ayaq baş barmağı qoparılaraq əlinin baş barmağının yerinə tikilib. Əməliyyat uğurlu alınıb.

Zak Miçel 12 aylıq reabilitasiya müddətindən sonra yenidən fermaya qayıdaraq işləyə biləcək.

Sidney Göz Xəstəxanası isə əməliyyatdan sonra bəyan edib ki, ayağın baş barmağını qopararaq əlin baş barmağı yerinə nəql edilməsi nadir hadisədir.


Müəllif: Cavad