16 İyul 2017 13:03
3 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm və astronomiya dünyası Ross-128 adlı ulduzdan gələn mesajlardan çaşbaş qalıb.

Porto-Riko Universitetinin astrobioloqu bildirib ki, az qala periodik olaraq siqnallar gəlir: “Yadplanetlilər olar bilər...”

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Arecibo Rəsədxanası verdiyi açıqlanmada elm insanları 12 mayda nəhəng ölçülərdəki radio teleskoplardan siqnallar aldıqlarını bildirib. Dünyadan 11 işıq ili uzaqda olan kiçik ulduzdan gəldiyi müəyyən edilən göy cisminin Ross 128 kod adı ilə bilindiyi ifadə edilib.

Günəşdən 2800 dəfə parlaq olan Ross 128 haqqında şərh verən Abel Mendez deyib ki, ulduzu 10 dəqiqə müşahidə ediblər və az qala periodik siqnalların gəldiyi müəyyən olunub:

“Bunun ağıllı varlıq olması ehtimalı aşağı olsa da, bu ehtimalı birmənalı kənara qoymaq olmaz. Beynəlxalq elm dünyası siqnalları araşdırır. Arecibo Rəsədxanasında müşahidə sahəmiz çox genişdir və bu səbəbdən gələn siqnalların bu ulduza görə deyil, başqa bir obyektdən gəlmə ehtimalı da ola bilər. Lakin heç bir peykdən daha əvvəllər bu formada siqnallar alınmayıb. Bu siqnalları çox qəribədir”.


Müəllif: Cavad