18 İyul 2017 00:18
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Populyar Votsap messenceri proqramda Yutub videosunu dəstəkləməyə başlayacaq.

Teleqraf.com ICTnews-a istinadən xəbər verir ki, mütəxəssislər proqramın keçid etmədən videoçarxların Yutub videohostinqindən birbaşa messencerdə göstərilməsi kimi gizli funksiyasının olduğu növbəti versiyasının sınaqlarına başlayıblar.

Yeni funksiyadan hazırda əlavənin 2.17.40 versiyasının istifadəçiləri yararlana bilərlər. Videoçarxlar bilavasitə proqramda açılır və Votsap istifadəçilərinin əlavə proqramlardan istifadəsinə ehtiyac qalmır.

Məlumata görə, beta versiya istifadəçiləri Yutubdan çarxın göstərilməsini dayandırmadan açıq videonu idarə etməklə pəncərənin ölçüsünü dəyişə, onu gizlədə və ya tam ekranlı rejimdə aça bilərlər. Lakin hazırda yalnız iOS əməliyyat sistemli qurğular üçün nəzərdə tutulan funksiya “Ayfon 6” modelindən başlayan smartfonlarda işləyir.

“Android” və ya “Vindous fon” sistemlərinin idarəetməsi ilə işləyən qurğular, hələ ki, bu imkandan məhrumdur.


Müəllif: Teleqraf.com