20 İyul 2017 09:02
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Huawei” şirkəti yeni “Band 2” və “Band 2 Pro” “ağıllı” idman bilərzik modellərini təqdim edib. Onlar ürək döyüntüsünü, sürət, məsafə və istiqaməti ölçmək imkanına malik “FitBit” qurğularının tipik rəqibi hesab olunur.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, yeni imkan kimi orqanizmdə oksigen səviyyəsini, onun əzələlərə ötürülməsini ölçmək göstərilir. Ölçmənin dəqiqliyi 95 faiz təşkil edir. “Pro” modelində müstəsna olaraq yuxunun və nəfəsin keyfiyyətinin izlənilməsi üçün “TruSleep” funksiyası quraşdırılıb. Həmçinin, qurğu qaçış üçün “GPS” və “Running Сoach” ötürücüsünə malikdir. Ürəkdöyünmənin monitorinqi hər iki qurğuda fasiləsiz aparılır, hədəfi seçərək müxtəlif fəaliyyət növlərinin bu parametrə təsir göstərməsini təhlil etmək olar.

Bildirilir ki, “ağıllı” bilərziklər müxtəlif məşqlərin fiziki hazırlıq səviyyəsinə təsirini göstərən və məşqlərdən sonra bərpa üçün tələb olunan vaxtı qiymətləndirən “Training Effect” funksiyası ilə təchiz ediliblər. Qurğular suyun altında 5 atmosfer təzyiqə davamlıdır.

Smartfon qoşulan zaman bilərziklər qurğu proqramı kimi işləyir və bildirişləri, xəbərdarlıqları və mətnli məlumatları göstərir. Qiymət və satışların başlanma müddəti barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com