21 İyul 2017 01:39
2 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Aya ilk dəfə ayaq basan kosmonavt Neil Armstronqun "Apollo 11"-də istifadə etdiyi, içərisində Aydan gətirilən toz və daşlar olan çanta açıq xərracda 1 milyon 800 min dollara satılıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Armstronqun 1969-cu ildə "Apollo 11" səfəri zamanı Aydan dolu gətirdiyi çanta NASA-nın tarixi səyahətinin 48-ci ilində Nyu Yorkdakı muzeydə satışa çıxarılıb.

Çantanı ilk dəfə 2015-ci ildə Çikaqolu qadın 995 dollara alıb. NASA çantanı geri almaq üçün məhkəməyə müraciət etsə də, uduzmuşdu.


Müəllif: Ruslan