23 İyul 2017 17:00
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı kosmonavt Yuri Qaqarinin 12 aprel 1961-ci ildə Vostok kosmik gəmisindən etdiyi ilk uçuşun hesabatı 47.500 dollara satılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hərrac ABŞ-ın Nyu York şəhərində Sozeybs Hərrac Evidə təşkil edilib.

Y.Qaqarin və Sovet Kosmos Proqramı baş mühəndislərinin imzası olan hesabatda yazılır ki, dünyanın çox fərqli və xoş bir halı var: “Səmadan Yerə baxarkən bu görüntü daha aydın görünür. Bu, açıq mavinin maviyə, tünd maviyə, bənövşəyi rəngə və tamamilə qaraya çevrilən hamar bir rəng harmoniyasıdır. Xariqə bir mənzərədir".

Həmçinin, hesabatda Qaqarin enişdən qabaq keçdiyi hazırlıq prosesinin izahı da var.


Müəllif: Teleqraf.com