27 İyul 2017 01:13
1 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayın səthinə yayılmış vulkanik çöküntülər burada suyun olma ehtimalını artırır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Brovn və Havay universitetlərinin alimlərinin peyk məlumatları əsasında apardıqları tədqiqat nəticəsində, Ayın dərinliklərindən gələn maqmanın partlaması ilə yaranan və qədim zamanlardan qalan vulkanik çöküntülərdə böyük miqdarda suyun qalmış ola biləcəyini aşkar olunub.

Orbital spektrometr ilə Ayın səthində olan işıq dalğalarını tədqiq edən alimlər buralarda hansı mineralların və tərkiblərin olduğu haqqında fikir yürüdüblər.

Ayın səthinin, xüsusilə, vulkanik çöküntülərin gün ərzində isindiyini nəzərə alan elm adamları orbital spektrometr araşdırması ilə yanaşı, Apollo astronavtlarının Yer kürəsinə gətirdikləri nümunələr üzərində laboratoriya şəraitində tədqiqat aparıblar.

Tədqiqatçılar Apollo 15-in və Apollo 17-nin endikləri bölgələrin daha əvvəl xəritəsi çıxarılan Ayın səthindəki böyük vulkanik çöküntülərin, demək olar ki, hamısında suyun izinə rast gəliblər.

Tədqiqatın nəticələrinə görə, Ay səthində zəngin su ehtiyatı var.


Müəllif: Şəfiqə