28 İyul 09:12

Votsap messencerinin gündəlik auditoriyası 1 milyarda çatıb.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, servisdən hər gün Yer kürəsində hər yeddi nəfərdən biri istifadə edir. İstifadəçilərin sutka ərzində göndərdikləri məlumatların sayı 55 milyard təşkil edir.

Məlumata görə, hazırda messencerin aylıq auditoriyası 1,3 milyard nəfərə bərabərdir. 2016-cı ilin fevralında bu göstəricinin 1 milyard, gündəlik göndərilən məlumatların sayının 42 milyard olması barədə məlumat verilib.

“Stories” vasitəsilə özünüməhv edən məlumatları gündə 250 milyon nəfər göndərir. Həmçinin “Instagram” analoqundan 250 milyon, “Snapçat” analoqundan 166 milyon istifadə edir.

Bununla yanaşı, Feysbuk şirkətinə məxsus İnstaqram şəbəkəsinin aylıq auditoriyası 700 milyon təşkil edir. Şirkətin məlumat mübadiləsi üçün digər servisi - Messengerdən ayda 1,2 milyard nəfər istifadə edir. Feysbuk sosial şəbəkəsinin auditoriyası isə 2 milyarda bərabərdir.

Qeyd edək ki, Votsap dünyada ən populyar messencerlərdən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servis 2014-cü ilin fevralında 19 milyon dollara Feysbuk sosial şəbəkəsinə satılıb.


Müəllif: Teleqraf.com