30 İyul 18:31

Banka təxminən 3,7 milyon dollar məbləğində borcu olduğuna görə çinli qadın plastik əməliyyat etdirərək, xarici görünüşünü dəyişdirib.

Teleqraf.com xəbər verir ki, daha əvvəl məhkəmədə qadının 25 milyon yuan, yəni 3,7 milyon dollar borcu olduğu müəyyən edilib. Bundan sonra 59 yaşlı qadın plastik əməliyyat etdirmək qərarına gəlib və özünü tanınmaz hala salıb. Tamam başqa bir insanın cildinə girən qadın saxta sənədlərlə qatar bileti almağa cəhd edərkən saxlanılıb. Bununla da onun oyunu üzə çıxıb.

Polis əməkdaşları bu zaman çox təəccübləndiklərini qeyd ediblər. Belə ki, saxlanılan qadın fotoşəkildəki qadına heç bənzəməyib və ondan daha gənc görünüb.


Müəllif: Könül