4 Avqust 2017 19:00
1 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 kiloqrama yaxın çəki itirərək, tanınmaz hala düşən teleaparıcı Günel Hümbətova necə arıqladığının sirlərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o bu barədə instaqramda yazıb:

"Heç vaxt imtina etmədiyim içki – su! Həmişə soruşursunuz ki, necə arıqladım və formada qalmağı necə bacarıram? Cavabım – su!
Bir də şəkərdən uzun müddətdir imtina etmişəm. Çox nadir hallarda, məsələn, ad günlərində azca tort dada bilərəm. Başqa hər şey yeyirəm, amma qədərində...

İndi isə bir neçə gündür bol meyvə yeyirəm. Buna meyvə pəhrizi də demək olar, vitamin bombası da. Amma buna özünüzü məcbur etməyin, qətiyyən. Mən də məcbur etmirəm, yalnız zövq alaraq!

Bir sirrim də var. Mən qəhvəni çox sevirəm. Hər səhər 2 stəkan su içdikdən sonra türk qəhvəsi hazırlayıb zövq ala-ala içirəm. Amma şəkərsiz və yalnız xurma ilə. Məndən bu qədər!"


Müəllif: Könül