8 Avqust 22:55
705

Osmanlı sultanı birinci İbrahim - Dəli İbrahim ləqəbi ilə tanınan hökmdar öz misilsiz iyrəncliyi ilə tarixdə iz qoyub. Səltənətinin yarısını kök qadınlarla eyş-işrətə xərclədiyi qısa zamanı çıxsaq, demək olar ki, ömrünün böyük hissəsini qəfəsdə yaşayaraq keçirib. 1640-ci ildə taxta çıxandan sonra, 8 il hakimiyyəti dövründə o, seksdən, sərxoşluqdan və kənizlərlə intim oyunlardan başqa qətiyyən heç nə ilə məşğul olmayıb. Şübhəsiz, o, ən pis türk hökmdarlarından biri olub və öz xalqının kəskin nifrətini qazanıb. Tarixin bu günü 8 avqust 1648-ci ildə devrilib.

Publika.az Kösəm sultanın oğlu Osmanlı hökmdarı Dəli İbrahim haqda yazını oxuculara təqdim edir:

Kösəm sultan osmanlı tarixinin 1603-1651-ci il dövrlərində, təxminən 50 il müddətində saray içində mükəmməl gücə sahib olmuş, osmanlı tarixinin öldürülən ilk validə sultanıdır.

Amma oğlu Dəli İbrahim varlığı ilə öz sülaləsinin hakimiyyətini xeyli sarsıtdı. Atası ciddi və cəsarətli imperator idi, xalq onu sevir və hörmət edirdi. İbrahimin qardaşı IV Murad isə aşırı sərxoş həyat sürür, “qəssab” ləqəbi ilə tanınırdı. Hakimiyyət ona qismət olmur, çünki günlərin bir günü içkinin miqdarının çox olması səbəbindən dünyasını dəyişir. Budur, İbrahim taxta çıxır, lakin hamı başa düşürdü ki, o, imperatorluğu idarə edə bilməyəcək.

Saray əhli uşaqlıqdan İbrahimi ruhi xəstə, küt və axmaq kimi tanıyırdı və buna görə də, taxt-tac uğrunda mübarizədə onu təhlükəli silah hesab etmirdilər. Onu daim “Qəfəs” adlanan, sarayın xüsusi qapalı hissəsində saxlayırdılar, hansı ki, adi insanların ora getməsi qəti qadağan idi. Prinsipcə, bütün Osmanlı şahzadələri təcrid olunaraq saxlanılsalar da, İbrahim üçün hər şey daha ciddi idi. Dəhşətli fakt odur ki, ona xidmət edən qadın qulluqçuların uşaqlıq yumurtaları əvvəlcədən çıxarılırdı, kişi qulluqçuların isə qulaq pərdələri və dillərini kəsirdilər. Səbəbləri aydın olmayan, təəccüb doğuran bu cəhənnəm mühitində böyüyən uşaq, aydındır ki, tamamilə dəli olacaqdı. Ola bilsin ki, bu, həm də əvvəlcədən fikirləşilmiş plan idi.

O, hökmdar olmamalı idi, amma onun qardaşı IV Murad da özündən sonra varis qoymur və nəticədə hikkəli Kösəmin taxt-tacı əlindən çıxarmamaq baxımından başqa variantı qalmır. Hətta ölümqabağı IV Murad qardaşını öldürmək üçün yalvarır, hakimiyyəti o əbləhə verməyin acı fəsadının olacağını bəyan edirdi. Lakin ona qulaq asmadılar və İbrahimi taxta qaldırmağa qərara aldılar. Ancaq o, fikirləşir ki, bu, onu öldürmək üçün qurulan tələdir və qəfəsdə barrikada qurur, ora heç kəsi buraxmır. Yalnız qardaşının meyitini yanına aparandan sonra 25 yaşlı İbrahim yumşalır və onun başına tac qoyulur. Bütün ölkə bu hadisədən şokda idi.

Qeyd etdiyimiz kimi, onun taxta gətirilməsində əsas fiqur yunan keşişinin qızı, imperiyanın ən möhtəşəm validə sultanlarından olan, dul qalmış Kösəm sultan idi. Kösəm sultan çoxdan başa düşürdü ki, İbrahim böyük siyasətdə zəif fiqurdur və beləcə bütün hakimiyyəti ayrılmaz müttəfiqi, gizli sevgilisi sayılan vəziri ilə birlikdə idarə edəcək.

Bu istedadsız və tamamilə adekvat olmayan imperator haqda xeyli neqativ qeydlərə rast gəlinir:

"İbrahim zəif, iradəsiz insan idi. O, atasından yalnız qəddarlığı irsən almış, onun etdiyi yaxşı əməllərin heç birini götürməmişdi. Mahiyyətinə görə acgöz, məsuliyyətsiz, prinsipsiz xarakterinə görə yalnız öz hərəmi ilə məşğul olmağı sevir, öz yüngül əhval-ruhiyyəsinin və şəhvani istəklərinin qulu idi. Şəhər hamamları onun sərəncamları ilə yoxlamalara məruz qalır: məqsəd onun eşqbazlığı üçün gözəl xanımlar tapmaq idi. Sultanın qəfil şıltaqlığını və ehtirasını təmin etmək üçün zərgər dükanları və avropa tacirləri talanlara məruz qalırdı", – deyə “Osmanlı İmpratorluğunun yüksəlişi və şöküşü” kitabının müəllifi, məşhur yazıçı Lord Kinros qeyd edir.

Hansısa məqama qədər hamı düşünürdü ki, bütün uşaqlıq və gəncliyini qəfəsdə sərgərdan yaşam tərzi ilə keçirən imperiyanın başçısı impotentdir. Amma yox, məlum olur ki, Dəli İbrahim kök, həddindən artıq piyli, dolu bədənli qadınları çox xoşlayır. Onun zövqündə olan qadında heç bir incəlik, tərbiyə və digər xüsusiyyətlər önəmli deyildi. O, seksual manyaka çevrililərək hakimiyyəti boyunca demək olar ki, məşuqələri ilə öz yatağından ayağa durmayıb.

Anası hiyləgər Kösəm başa düşür ki, hakimiyyəti öz əlində saxlamaq üçün varis lazımdır. Və İbrahimin bu zəfliyindən istifadə edərək, ona kök qadınlar axtarışına çıxır.

Hökmdarı isə öz növbəsində, yeni gözəlçələrdən başqa heç nə maraqlandırmırdı, o, bütün Aralıq Dənizinin ən gözəl qadınlarını ələ keçirmək istəyirdi. Amma hökmdar bu işdə də çox fərsiz idi: məşuqələri anası axtarmağa məcbur olurdu. İbrahimin hərəminə dünyanın hər yerindən ən kök qadınlar axın-axın gətirilirdi. Onların çəkisi 115-dən 230 kiloqrama qədər müxtəlif şəkildə dəyişirdi, buna baxmayaraq mənfur hökmdar onlardan heç cür doymaq bilmirdi. Onun kolleksiyasının incisi 160 kiloqramlıq füsunkar, “Şəkər kubik”i ləqəbli (görünür, bədənin formasına görə belə çağırılan) qadın idi.

Bu hərəmxanaya hədsiz miqdarda pul gedirdi, İbrahim kənizlərə bazarlarda kütləvi alış-veriş səlahiyyəti verir, xanımlar bütün İstanbulda bahalı nə varsa saraya daşıyırdılar. Bu, kök kənizlərdən ibarət əsl mütəşəkkil dəstə idi. Ümumiyyətlə, məşuqələri arasında hökmdar xeyirxahlıq mücəssəməsi olmasına baxmayaraq, bir dəfə mənasız zarafat (görünür, onu başa düşməyib və ya səhv başa düşüb) üzündən demək olar ki, bütün hərəmxananı dənizdə boğmağa fərman verir...

Dövrün ən qüdrətli İmperiyasının hökmdarının ən sevimli məşğuliyyətlərindən biri də “at” oyunu idi. O, çılpaq formada bakirə qızların ətrafında dövr edir və təsadüfi seçdiyi qızın üstünə tullanır, digərlərinin gözü qarşısında qurbanın bakirəliyinə son qoyurdu. Çox qadın bu oyundan narahat idi və hətta utanırdılar, amma Əlahəzrətin istəyinə qarşı gəlmək mümkün deyildi. Zaman keçdikcə İbrahimin etdikləri xalq arasında yayılır, oradan da başqa ölkələrə keçirdi.

Təəccüblü deyil ki, bu cür davranışları onun süqutuna gətirib çıxarırdı. Bundan başqa, o, qəzəb pristuplarından əziyyət çəkirdi və bir dəfə az qala oğlunu hovuza salaraq öldürəcəkdi. Hadisədən sonra oğlunun başında çapıq həmişəlik qaldı. Bu hadisə saray üçün də olduqca pis hərəkət idi: əgər hökmdar öz varisini öldürsəydi, o zaman vətəndaş müharibəsi və qırğın başlayacaqdı, o isə deyəsən, bunun heç də fərqində deyildi.

Nəhayət, bir dəfə İbrahim bütün mümkün olan həddi keçir və buna görə öz taxt-tacı ilə dərhal vidalaşmalı olur. O, iri məmur sayılan yüksək rütbəli din xadiminin, müftinin qızına göz salır. Ağlı başında olmayan hökmdar onu zorlayır və atır. Artıq heç kim imperiyada buna dözə bilmədi və saray əhli hökmdara qarşı üsyana qalxdı. Qəzəb o həddə idi ki, hökmdarı min yerə parçalamaq istəyirdilər. Dəli İbrahim dərhal anasının yanına qaçır və o, növbəti dəfə öz axmağ-oğlunu müdafiə etməyə müyəssər olur. Sultanı öldürmürlər, lakin onun üçün dəhşətli kabus sayılan qəfəsə qaytarırlar. Lakin biabırçı hadisənin qisası bütün hədləri azmış hökmdardan alınmalı idi. Bir müddət sonra həmin müfti Divana (yerli parlament) müraciət edərək, onların izni ilə keçmiş sultanın qətlinə rəsmən fətva verir. Həmin dövrün adətinə görə cəllad imperator salınmış qəfəsə gəlib onu boğaraq öldürməli idi. Həyatında ilk dəfə Dəli İbrahim iradə nümayiş etdirir, var gücü ilə cəlladla vuruşurdu. Amma “Qara Əli” ləqəbli cəllad sonunda Osmanlının qara ləkəsi adlandırılan mənfur hökmdarı boğaraq öldürə bilir.

Dəyyusi-Əkbər paşa

Teleqraf.com Dəli İbrahimlə bağlı ibrətamiz bir olayı oxucuların diqqətinə çatdırır. İbrahim sultanla bağlı daha bir maraqlı məlumatı diqqətinizə çatdırırıq.

Qeyd edildiyi kimi, İbrahim taxta çıxanda Osmanlı sülaləsinin sağ qalan yeganə nümayəndəsi idi. Üstəlik, əqli zəifliyindən qadın nə olduğunu da bilmirdi. Səltənətə varis lazım olduğundan anası Kösəm sultan və fırıldaqçı Cinci xoca dava-dərmanın köməyi ilə sultanı birtəhər qadınlarla tanış edirlər və... bundan sonra Dəli İbrahimi durdurmaq olmur. Hərəmxanadakı yüzlərlə qadın belə buna yetmir. Səltənətin hər yerində sultan üçün gözəl qadınlar axtarmağa başlayırlar. Bir gün, 1647-ci ildə sultanın qulağına çatır ki, Sivasda yaşayan İbşir Mustafa paşanın çox gözəl arvadı var. Sultan və İslam xəlifəsi olan İbrahim Sivas valisi Varvar Əli paşaya xəbər göndərərək həmin qadının yanına göndərilməsini əmr edir. Varvar Əli paşa isə bunun din, şəriət əleyhinə bir iş olduğunu söyləyərək imtina edir və üsyan qaldırır. İstanbuldan Sivas üzərinə göndərilən qoşun uğursuz olur, darmadağın edilir. Bu zaman sözügedən qadının əri İbşir Mustafa paşa da bir qədər qüvvə toplayaraq Varvar Əli paşaya qoşulmaq istədiyini bildirir. Valinin düşərgəsinə yaxınlaşarkən isə qəfildən hücum edib dəstəsini dağıdır, özünü isə öldürür. İbşir Mustafa paşa üsyançı valinin başı ilə yanaşı öz arvadını da sultana göndərir. Əvəzində yeni Sivas valisi təyin edilir. Lakin vəzifə üçün bu qədər şərəfsizliyə razı olan bir adamın təbii ki, perspektivi Sivasla yetməzdi. O bir müddət (artıq Dəli İbrahimin devrilməsi və qətlindən sonra) hətta Osmanlı imperiyasının baş vəziri postuna qədər yüksəlmişdi. Lakin vəzifəsinin nə olmasından asılı olmayaraq xalq arasında, üzr istəyirəm, "Dəyyusi-Əkbər paşa" ünvanı ilə tanınırdı.


Müəllif: Teleqraf.com