12 Avqust 08:28

Uruqvaylı məktəbli Ezequel Pereyra “Google”un sistemində tapdığı boşluğa görə şirkətdən 10 min dollar mükafat alıb.

Teleqraf.com Technote-yə istinadən xəbər verir ki, onun tapdığı sistem boşluğu sayəsində şirkətin gizli məlumatlarını əldə etmək mümkün idi.

Pereyra bildirib ki, sistemin daxili tətbiqlərinə daxil olmaq üçün “Burp Suite” adlı tətbiqdən istifadə edib. O, sistem boşluğu barədə məlumatı 11 iyulda “Google” şirkətinə verib.

Şirkət ona 4 avqustda 10 min dollar pul mükafatı təqdim edib.

Hazırda onun tapdığı boşluq aradan qaldırılıb.


Müəllif: Teleqraf.com