16 Avqust 2017 08:17
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Forbes” jurnalının redaktoru Qordon Kelli “iPhone 8” smartfonunun yeni şəkillərini dərc edib. Onun sözlərinə görə, bu, bütün mövcud prototiplər arasında ən müfəssəlidir.

"Mən bu prototipin “iPhone 8” smartfonunun yekun dizaynı olduğunu təsdiq edə bilərəm – Kelli yazır. Adi metal parçasından ibarət olan bir çox maketlərdən fərqli olaraq, bu prototip çox müfəssəldir və fabrikdə yüksək keyfiyyətli materiallardan hazırlanıb".

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, smartfonun arxa qapağı simsiz enerjidoldurmanı dəstəkləmək üçün şüşədən hazırlanıb. Həmçinin “iPhone 8” qurğusu 5,8 düymlük çərçivəsiz displeyə malikdir. O, həmçinin təsdiq edib ki, ekranın yuxarı hissəsində dinamik və datçiklərin altında kəsik var. “iPhone 8” smartfonunun ölçüləri “iPhone 7”-dən bir qədər böyükdür.

Kelli qeyd edir ki, “Apple” şirkəti doğrudan “Touch ID” barmaq izləri skanerinə malik “Home” düyməsindən imtina etməyi və onu “Face ID” sifət skaneri ilə əvəz etməyi planlaşdırır.

“iPhone 8” smartfonu 2017-ci ilin payızında “Apple” şirkətinin illik təqdimatında təqdim ediləcək.


Müəllif: Teleqraf.com