19 Avqust 2017 08:18
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində ilk dəfə rəsmi onlayn-məhkəmə yaradılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Çjetszyan əyalətinin Xançjou şəhərində açılış mərasimi keçirilən internet-məhkəmənin yaradılması haqqında qərar iyunun 28-də Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin 36-cı sessiyasında qəbul edilib. Onlayn-məhkəmə onlayn-ticarət zamanı baş verən dələduzluq hallarını, internetdə borc müqavilələri ilə bağlı yaranmış anlaşılmazlığı və müəllif hüquqlarının pozulması barədə işləri araşdıracaq.

Bütün məhkəmə proseduru onlayn qaydada aparılacaq. İddiaçı və ittiham olunan tərəflərin dinlənilməsi, eləcə də hökm canlı bağlantı vasitəsilə elan ediləcək.

Qeyd edək ki, ötən il şəhər məhkəməsi kibercinayət üzrə 10 mindən çox işə baxıb.


Müəllif: Nərgiz