19 Avqust 2017 08:35
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lal-kar insanlar tərəfindən istifadə edilən jest dili bir çatışmazlığa malikdir ki, eşidən insanlar bu dili bilmirlər. Mühəndislər onlarla ünsiyyəti asanlaşdırmaq üçün "ağıllı" əlcək hazırlayıblar.

Kaliforniya Universitetinin alimləri tərəfindən hazırlanmış “Smart Glove” əl jestlərini tanıyaraq onları mətnə çevirir.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, əlcək 9 elastik datçikə malikdir və baş barmaqdan başqa hər bir barmağa iki datçik birləşdirilib. Sensorlar biləkdə yerləşdirilmiş sistem lövhəsinə qoşulub. Sözügedən sistem lövhəsi jest dilinin hərfinə uyğun gələn barmaqların vəziyyətini tanıyaraq latın əlifbası hərfini generasiya edir.

Jestlər doqquzrəqəmli (datçiklərin sayına görə) kodla kodlaşdırılır, hər bir rəqəm müvafiq barmağın yerləşmə vəziyyətindən asılı olaraq 1 və ya 0 qiymətini ala bilər. Yekun qiymət konkret bir hərfə uyğun gəlir.

Sözügedən əlcək eyni jestləri fərqləndirmək üçün akselerometr və təzyiq datçiki ilə təchiz edilib. Bundan sonra sistem kodları hərflərə çevirir və onları kompüterin ekranında göstərmək üçün “Bluetooth” vasitəsilə göndərir.


Müəllif: Teleqraf.com