20 Avqust 2017 08:05
1 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 yaşlı uşaqdan NASA-nı heyrətləndirən - Məktub

Beş yaşlı Hilton İdris adlı bir uşaq ABŞ-ın kosmik proqramlara məsul departamentinin, eləcə də NASA yetkililərinin diqqətini çəkən bir məktub yazıb.

Teleqraf.com xəbər verir ki, azyaşlı məktuba özünün çızdığı raket eskizini əlavə edib. Onun fikrincə, düzəltmək istədiyi "uçan maşın" indiyədək icad olunanların hamısından daha sürətli gedəcək. 5 yaşlı uşaq bildirib ki, əsl kosmonavt olmaq onun çoxdankı arzusudur: "NASA, mən sizə məktub göndərirəm. İstəyirəm biləsiz ki, düşündüyüm raket artıq hazırdır. Xahiş edirəm, onu mənim eskizim əsasında quraşdırasınız. Və onu kosmosa, astronavtlara göndərin. Mən də öz raketimlə kosmosa uçacam. Mən əsl kosmonavt olmaq istəyirəm".

İdrisin atası Hilton Camal deyib ki, oğlu onun "dahi" ideyası üçün rəsmi təşəkkür cavabı gəldiyini biləndə sevincindən "dəli olub".

NASA-nın reaktiv mühərriklər laboratoriyasının mühəndisi Kevin İdrisə cavabında belə yazıb: "Raket dizaynınız üçün sizə çox təşəkkür edirik. Bu, əladır! Belə bir raketi yalnız gələcəkdə əsl pilot ola biləcək böyük kosmonavt yarada bilər. Belə davam et!"

Camal İdris onu da bildirib ki, oğlu NASA-dan gələn məktubu təkrar-təkrar oxuyub. Və o, səbirsizliklə sentyabrı gözləyir ki, məktubu sinif yoldaşlarına və müəllimlərə göstərsin.


Müəllif: Nahid