20 Avqust 2017 13:07
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Dartmut Kollecinin əməkdaşları yaşlı insanlarda psixi pozğunluq və digər xroniki xəstəliklərin gedişatına müstəqil nəzarət etməyə kömək edən yeni proqram yaradıblar.

Teleqraf.com-un məlumatına görə, müəyyən vaxt ərzində (təxminən üç ay) xəstələr stressə dayanıqlıq, müalicəyə sadiqlik və psixoaktiv maddələrdən istifadə kimi mövzulara dair konsultasiyalar alacaqlar. Həkimlər proqram vasitəsilə pasiyentləri məsafədən izləyə və problem yarandıqda müdaxilə edə biləcəklər.

Tədqiqat zamanı ciddi psixi pozğunluq və digər xroniki xəstəliklərdən əziyyət çəkən 10 pasiyent iştirak edib. İştirakçılar proqramı sadə və rahat hesab ediblər. Hətta müasir texnikanı anlamayan insanlar yeni proqramdan asanlıqla istifadə edə biliblər.


Müəllif: Könül