21 Avqust 14:14

Sentyabrın 23-də Yer kürəsinin dağılması ilə bağlı mövzu ABŞ-da o dərəcədə aktuallaşıb ki, NASA öz baş meneceri səviyyəsində media vasitəsilə geniş ictimaiyyətə açıqlama vermək məcburiyyətində qalıb.

Teleqraf.com xarici KİV-lərə istinadla xəbər verir ki, 2017-ci il sentyabrın 23-də Yer kürəsinin dağılacağı ilə bağlı yayılan şayiələrə verilən açıqlamada hansısa müəmmalı Nibiru planetinin Yerlə toqquşmasının zərrəcə elmi əsaslarının olmadığı vurğuylanıb:

“Artıq bir neçə ildir ki, internet şəbəkələrində yayılan şayiələrə görə, sentyabrın 23-də Yer kürəsi hansısa müəmmalı Nibiru planeti, yaxud hansısa asteroidlə toquşma nəticəsində məhv olacaq. Məhz indiki zamanla bağlı sizi əmin edirik: bu gün bu cür fəlakətin baş verməsi üçün kiçicik belə elmi əsas, hər hansı etibarlı məlumat yoxdur ki, planetimizə doğru hansısa təhlükəli obyekt hərəkət edir. Belə bir şey olsaydı, biz, mütləq insanlara xəbərdarlıq edərdik”.

Xatırladaq ki, bu, NASA-nın dünyanın dağılması ilə bağlı geniş ictimaiyyəti sakitləşdirən ikinci rəsmi açıqlamasıdır. Bundan əvvəl bu cür açıqlama 2012-ci ilin 21 dekabrında (mayya təqviminin bitməsi) dünyanın dağılacağı ilə bağlı yayılan şayiələr zamanı verilmişdi.

Bildiyiniz kimi, dünya dağılmadı, deməli, NASA haqlı çıxdı. Belədə amerikalılar yenə də NASA-nın açıqlamasına inanmalıdır, ya yox?

NASA-nın yaydığı açıqlamaya internet resurslardakı reaksiyalardan belə qənaətə gəlmək olar ki, açıqlama əks effekt doğurub və sakitlik yarada bilməyib. Təqdim olunan video-materiala baxmaq da kifayət edir ki, NASA-nın bizi necə ələ saldığını aydın görəsən.


Müəllif: Alpər Cəbrayıl