29 Avqust 2017 08:18
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qrifon və labrador cinslərinin 1 yaşlı metisi Nemo Fransa Prezidenti Emmanuel Makron ailəsinin yeni üzvü olub.

Teleqraf.com xəbər verir ki, bu barədə BFM TV televiziyası məlumat yayıb.

Dövlət başçısının ailəsinə düşməzdən əvvəl Jül Vernin “İyirmi min lyö suyun altında” əsərinin qəhrəmanının şərəfinə Nemo adlandırılmış küçük Korrez departamentindəki sığınacaqda yaşayıb.

Nemo Yelisey sarayında yaşayan ilk it deyil. Buna qədər sarayda qara rəngli labrador cinsindən olan dördayaqlı yaşayıb. Həmin it E.Makronun sələfi Fransua Ollanda məxsus olub.


Müəllif: Səxavət