30 Avqust 2017 10:21
2 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqil kosmik tədqiqatçılar “Curiosity” marsoxodunun çəkdiyi şəkillərin analizi zamanı qədim Mars şəhərinin xarabalıqlarını üzə çıxarıb.

Teleqraf.com xəbər verir ki, tapıntıya baxmayaraq, bu dəfə də NASA mütəxəssisləri fakta diqqətsiz qalıb, yaxud da, müstəqil tədqiqatçıların dili ilə desək, bu müəmmalı planet haqda bildiklərini yenə də gizlədiblər.

Virtual arxeoloqlar şəkillərə diqqətlə baxmağı tövsiyə edib:

“Diqqət yetirsəniz, görəcəksiniz ki, bu qəribə dağlıq quruluşlar heç də NASA-nın bizə təqdim etmək istədiyi kimi, daşların xaotik birləşməsi deyil. Əslində, bunlar evlərin, hasarların, mədəni bina və tikililərin qalıqlarıdır. Bir az diqqətlə nəzər yetirdikdə və təxəyyülə güc verdikdə hətta bir marslının əlində silah, yaxud bayraq tutmuş heykəlini müşahidə etmək olar”.

Qeyd edək ki, skeptiklər bu “qədim marslı şəhəri”ndə daş və qayalıqlardan başqa qəribə heç nə görmədiyini qeyd edir. NASA-nın heç bir təsdiqedici bilgi vermədən bu tip informasiya ötürən şəkilləri yaymaqda isə Yer sakinlərini yavaş-yavaş başqa sivilizasiyaların mövcudluğha hazırlamaq məqsədi güddüyünü təxmin edilir.

Videonu təqdim edirik:


Müəllif: Alpər