2 Sentyabr 20:02

Hollandiyalı alimlər insan ömrünün maksimal uzunluğunu müəyyənləşdiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Tilburq Universitetinin saytında məlumat yerləşdirilib.

Mütəxəssislər müəyyən ediblər ki, kişilər 114,1 il, qadınlar 115,7 il yaşamağa qabildir. Alimlər son 30 il ərzində Niderlandda 94 ildən çox ömür sürən 75 min nəfər üzərində apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.

Qeyd olunur ki, 1986-2015-ci illərdə insan ömrünün maksimal uzunluğu dəyişilməyib.


Müəllif: Səxavət