2 Sentyabr 15:00
268

Kiyev meri Vitali Kliçko yolların keyfiyyətini yoxlamaq məqsədilə motosikletin sükanı arxasına keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, özünü Feysbuk səhifəsində məlumat verib.

Merin fikrincə, yolun təmirinin keyfiyyətli olub-olmadığını iki təkərdə daha yaxşı hiss etmək olur. O, yayımladığı video çarxda “Kiyevavtodor” rəhbəri ilə birlikdə Vozduxoflotski prospektini testdən keçirdiyini və nəticənin yaxşı olduğunu qeyd edib.

Vitali Kliçko vaxtaşırı bu cür yoxlanış apardığını vurğulayıb.


Müəllif: Nərgiz