2 Sentyabr 21:59

Müxtəlif ölkələrdən yüzlərlə adam saqqal və bığ çempionatında iştirak etmək üçün ABŞ-in Ostin şəhərinə gəlib.

Teleqraf.com-un xəbərinə görə, onlar əvvəlcə çempionatda iştirak hüququ qazanmalıdırlar. Bunun üçün iddiaçıların bığ və saqqalının uzunluğu müvafiq komissiyanın üzvləri tərəfindən ölçülür. Daha sonra çempionatda iştirak hüququ qazananlar jüri qarşısına çıxır.

Bu dəfəki çempionat zamanı toplanılan vəsaitlə "Harvi" qasırğasından zərər çəkənlərə yardım ediləcək.

Qeyd edək ki, uzun bığ və saqqallıların çempionatı hər iki ildən bir dünyanın müxtəlif şəhərlərində keçirilir.


Müəllif: Nahid