3 Sentyabr 22:58

Türkiyədə yaşayan rus qadın birinci sinifə gedən oğlunu hər gün atla məktəbə aparır.

36 yaşlı Sabrina Saskina 10 ildir Bodrumda yaşayır.

Heyvan təlimçisi olan rus qadın 2 uşaq anasıdır. 11 atı olan təlimçi bildirib ki, atla gedib-gəlmək daha sərfəlidir:
"Maşınımız var, amma benzin bahadı. Ona görə də havaların gözəl olmasından istifadə edib atla getməyi üstün tuturuq. Oğlum onsuz da at belində böyüyüb. Ona görə o da at belində məktəbə getməkdən razıdı. Məktəbdən çıxarkən də özüm gedib götürürəm. Bizə bir az təəccüblə baxsalar da, tövsiyyə edərdim ki, hər kəs bu varinatdan isitafadə etsin".
\Publika.az\


Müəllif: Teleqraf.com