4 Sentyabr 08:53
371

ABŞ-ın eks-prezidenti Barak Obamanın illik xərcləri üçün dövlət büdcəsindən 1 milyon dollardan artıq vəsait ayrılacaq.

Teleqraf.com Sputnik-ə istinadən xəbər verir ki, Obama ailəsinin 2018-ci ildəki xərcləri vergi ödəyiclərinə 1.153 milyon dollara başa gələcək.

Beləliklə Obama keçmiş ABŞ prezidentləri arasında, illik xərclərinə ən çox vəsait xərclənən şəxs olacaq. Müqayisə üçün qeyd edək ki, keçmiş prezident böyük Corc Buşun xərcləri üçün büdcədən 942 min dollar, Cimmi Karter üçün 456 min dollar ayrılıb.

Bu pullar ofislərin kirayəsinə və digər xərclərə yönəlib. Lakin keçmiş liderlərin təhlükəsizliklərinin qorunması üçün ayrılan ödəmlər bu məbləğə daxil deyil.

Qeyd edək ki, Obama üçün Vaşinqtonda 760 kvadratmetrlik ofisin icarəsi vergiödəyicilərinə 536 min dollara başa gələcək. Obamanın illik təqaüdü isə dövlətə 236 min dollara başa gəlir.


Müəllif: Teleqraf.com