7 Sentyabr 12:16

Bu maraqlı hadisə 4 il əvvəl baş versə də, dünyanın əksər ufoloqları faktla bu gün maraqlanmağa başlayıblar.

Teleqraf.com xəbər verir ki, 2013-cü ilin sentyabrında Suriyanın Palmira şəhərinin üzərində üzbucaq formasında olan iki uçan naməlum obyekt görünüb. UNO-lar bir-birilə əlaqəli şəkildə uçur, şahidlərin onları görəcəyindən ehtiyat etmirdilər. Şahidlərdən biri "uşan boşqabları" öz mobil telefonunun kamerası ilə lentə alıb.

Suriyalı naməlum şəxsdən alınan və aşağıda təqdim edəcəyimiz videoda tam oxşar və biri-birini müşayiət edən iki müəmmalı obyektin görüntüləri əks olunub. Tezliklə ölçüsü nisbətən kiçik olan üçüncü hava gəmisi onlara tərəf uçmağa başlayır. Tədqiqatçıların fikrincə, bu, vertolyot ola bilər. Ehtimala görə, vertolyotun pilotu səmada ucbucaq şəklində olan obyektləri görüb və onarla maraqlanmaq istəyib. Vertolyot olduğu ehtimal olunan obyekt UNO-lara yaxınlaşıb manevr etdikdən sonra sirli obyektlər bir-birindən ayrılır, havada fırlanaraq öz aşağı hissələrindəki işıqları yandırıb ərazini tərk edirlər.

Bəs UNO-ları Suriyada nə maraqlandırdı? Bu, yəqin ki, hər kəsə aydındır. Müəmmalı yadplanetlilər Yerdə hərbi əməliyyatlar gedən bütün nöqtələrlə maraqlanırlar. Bir qayda olaraq, onlar hadisələrə və insanların məramına müdaxilə etmir, sadəcə, baş verənləri müşahidə edirlər...


Müəllif: Zahid