8 Sentyabr 15:58
538

2011-ci ildə “Ərəb baharı” inqilabı nəticəsində devrilən Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin ailəsi ilə birgə yeni fotoşəkilləri üzə çxıb.

Teleqraf.com xəbər verir ki, bu ilin martında nümayişçilərin ölümündə günahının olmadığı barədə bəraət alan eks-prezident ailəsi ilə bərabər tətilə çıxıb. 6 illik həbs həyatından sonra azadlığa çıxan sabiq dövlət başçısı Qahirədəki evində yaşamağa başlayıb. Hüsnü Mübarəkin oğlu Ala və nəvəsi Ömərlə birlikdə istirahət fotoları mediada son zamanlar tez-tez tirajlanır.


Müəllif: Kəmalə