9 Sentyabr 2017 01:28
18 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ginnesin Rekordlar Kitabı”nın yeni nəşri işıq üzü görüb.

Kitaba bir-birindən maraqlı və qəribə yeni rekordlar düşüb.

Onları təqdim edirik:

5 yaşlı Ryan Toys - 2000-ci ildən sonra doğulmuş şəxslər arasında “YouTube”da videosu ən çox izlənən Toysun videosuna 12 milyondan çox baxış olub.

Yekaterina Lisina – O, dünyada ən uzun ayaqlara sahib insandır. Sol ayağı 132,8 sm, sağ ayağı 132,2 sm-dir. Ayaqqabı ölçüsü isə 47-dir.

Almaniyalı Andre Ostolf – Gözü bağlı halda ən çox tennis topu tutan insandır. O, 1 dəqiqədə 32 top tutub.

Ortofl, həmçnin, ən sürətli xardal içmə (30 saniyədə 4,16 qram), ən sürətli kartof yemə (1 dəqiqədə 893 qram) və ofis stulu ilə ən sürətli getmə (100 metri 31,92 saniyəyə) kimi qəribə rekordlara da sahibdir.

İngiltərəli Neyl Harbisson – Başına antenna qoyduran ilk insan

Amerikalı Benni Harlem – Dünyanın ən uzun (52 sm) afro model saçına sahib insan

Amerikalı 83 yaşlı Cim Arrinqton – Bodibildinqlə məşğul olan ən yaşlı insan

Çinli Yu Cianxia – Dünyanın ən uzun kipriklərinə (12,40 sm) sahib insan

Fransız Lukas Milyard ip üzərində ən sürətli yerimə rekordunu təzələyib. O, ip üzərində 100 metri 59,73 saniyəyə qət edib.

“Cygnus” – Dünyanın ən uzun quyruqlu pişiyi

\Qafqazinfo\


Müəllif: Teleqraf.com