14 Sentyabr 2017 19:11
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyalı alimlərə görə, aclıq saçın sürətlə uzanmasına səbəb olur.

Teleqraf.com xəbər verir ki, bu məlumat “EurekAlert” portalında dərc olunub.

Araşdırma çərçivəsində iki qrup siçan üzərində sınaqlar aparılıb. Bir qrup siçana az yemək verilərkən, digər qrupdakı siçanlar mütəmadi olaraq qidalanıblar. 6 ay davam edən sınaq nəticəsində az qidalanmış siçanların dəri təbəqəsinin qalınlaşdığı və tüklərinin isə uzandığı müşahidə olunub.

Alimlər hesab edirlər ki, bu dəyişikliklər siçanların yeni qidalanma rejiminə uyğunlaşmaları nəticəsində baş verib.


Müəllif: Samir