23 Sentyabr 2017 22:19
5 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli həkim Məhmət Coşkundəniz kişiləri evliliyə razı salmağın yollarını açıqlayıb.

Teleqraf.com mütəxəssin qızlara məsləhətini təqdim edir.

Evlənmək dəlisi kimi görünmə

Bir kişi ilə sevgili olmağa başlayanda “Mən ciddi münasibət qurmaq istəyirəm, mənimlə birgə olmağı düşünürsənsə, davam edək” kimi sözlər demə. Bu halda qarşındakı kişi sənə mütləq evlənəcəyi qız gözü ilə baxmayacaq. Hər şeyi zamanın öhdəsinə burax.

Tez-tez eyni mövzunu açma

Münasibətlərin irəliləyən aylarında hər görüşdə sözü evliliyə gətirib çıxarma. Evliliyi düşündüyünü onsuz da qarşı tərəf bilir. Amma bu mövzunu daim gündəmdə saxlasan, sevgilinin gözünü qorxudarsan. Oğlanlar evlilik məsuliyyətini elə də asan dərk etmirlər.

Oğlan qərarsız olsa, sən də tez-tez məsələnin üstünə getsən, onu fikrindən soyudarsan.

Dostlarını nümunə göstərmə

Evli, xoşbəxt, uşaqlı dostlarını hər dəfə sevgilinə nümunə göstərmə. Sonra həm dostlarını, həm də evliliyi pisləyər. Müxtəlif nümunələr sevgilini evlilik fikrindən uzaqlaşdırar.

Evlilik jurnalları alma

Bəzi qadınlar evdə evliliklə bağlı çoxlu jurnallar saxlayır. Bu jurnallar evlənsəniz belə, kişinin diqqətin çəkməz. Jurnalda nə yazılsa, əksini etmək istəyər. Belə taktika heç vaxt işə yaramaz.

Mütləq sevgilinin fikrin öyrən

Evlilik barədə düşüncələri necədir? Evlənəcəyi qadından istəkləri nədir? Evlənməyi nə zaman düşünür? Uşaq sahibi olmaq arzusu armı? Bu sualların cavabları çox vacibdir.

Zaman-zaman bu suallara cavab almalısan və uyğun addımlar atmalısan.

“Evliliyə nə gərək var” demə

Evlənməyə marağını nümayiş etdirməsən belə, “Evliliyə nə gərək var”cümləsini işlətmə.

Münasibətlərin ailə qurmaq şərti olduğunu, insanların evliykən də sevgili ola biləcəyini və evləndikdən sonra sevginin ölməyəcəyini vurğula. Bu sözləri bir görüşdə təkrarlama, zamanla de.

Ən təsirli amil...

Evliliyin məqsədi ailəyə çevrilməkdir. Ailənin ən mühüm tərəfi isə uşaqdır. Uşaq istədiyini (əgər istəyirsənsə) mütləq vurğula. Hətta “Mən tez ana olmaq, uşağımla dost olmaq istəyirəm” söyləsən, pis olmaz. Bu sənin evlilik təklifinə açıq olduğunu göstərəcək.

Son çarə

Hər şeyi deyib qurtarandan sonra sevgilin sənə evlənmək təklifi etmirsə, son dəfə şansını sına. “Mənim vaxtımı alma, ailə qurmaq istəyirəm. Biz fikirlərimizi bölüşə bilmirik”- söylə.

Qarşındakı ya sənə evlilik təklif etməyi düşünəcək, ya da evlənmək istəmədiyini bildirəcək.

Hər iki halda qazanan sən olacaqsan.


Müəllif: İlhamə Əbülfət