24 Sentyabr 2017 17:59
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə 288 insan üzərində aparılan tədqiqata görə, şokoladın tərkibində olan yüksək teobromin molekulunun, az nisbətdə olan öskürəyə qarşı təsiri müəyyən olunub.

Teleqraf.com xəbər verir ki, tədqiqata imza atanlardan olan professor Alin Moris klinikada apardığı təcrübədə teobrominin öskürəyə gətirib çıxaran refleksi azaltdığı görüb.

Moris ümumiyyətlə öskürəyi adi və ciddi olmayan bir xəstəlik olaraq gördüyünü bildirib. Lakin müalicəyə baxmayaraq, bu hal iki həftəni aşan müddət ərzində davam edərsə, əhəmiyyətli problem halına gələ biləcəyi söylənilib.

Xroniki öskürəyin təxminən 10 nəfərdən birinə təsir etdiyini bildirən Moris bəzi şəxslərin saatda 100 dəfədən çox öskürərək belə bir böhran yaşadıqlarını ifadə edib.


Müəllif: Şəfiqə Nazimqızı