1 Oktyabr 2017 23:59
5 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranın Velədi kənd sakini Cabir Məmmədov 50 ilə yaxındır göyərçin saxlayır.

Teleqraf.com "xezerxeber"ə istinadən bildirir ki, uşaq yaşlarından yaranan həvəs onun bu gün maraqlı hobbisinə çevrilib.

Əvvəllər əsasən yerli növlərə üstünlük verən quşbaz, hazırda daha çox xarici ölkələrdən gətirdiyi göyərçinləri bəsləyir. 7-8 növ olan bu quşların sayı 60-a yaxındır. Onun saxladığı göyərçinlərin içərisində ən fərqlisi Pakistandan gətirtdiyi cinslərdir. Bu növlərin əsas xüsusiyyəti onların daha çox uçmasıdır.
Quşbaz Cabir Məmmədovun əsas məqsədi quşların cinslərini artırmaqdır. Xarici cinslər yerli şəraitə ugunlaşdırmaq çətin olur.

Göz oxşayan göyərçinlərin qiyməti də sortlarından asılı olaraq dəyişir. Onun satdığı göyərçinlər 50 - 150 manat arasında dəyişir.


Müəllif: Teleqraf.com